C–şəkilli tavan metal profil (60×27) tavan karkasların və divar üzlüklərin formalaşdırılması üçün nəzərdə tutulmuşdur.
İstiqamətləndirici tavan metal profil (TU 28x27)
İstiqamətləndirici tavan metal profil (TU 28×27) tavan, həmçinin üzlük karkasların quraşdırılması zamanı TC 60/27 profilləri üçün istiqamətləndirici element rolunu oynayır.
İstiqamətləndirici metal profillər (DC 50x50/75/100)
İstiqamətləndirici metal profillər (DC 50×50/75/100) С–şəkilli formada olub gipskarton arakəsmə və üzlüklər üçün şaquli karkas dayaqları rolunu oynayır. Məkanlararası arakəsmələrin və üzlüklərin karkasların qurulması üçün nəzərdə tutulmuşdur.
İstiqamətləndirici metal profillər (DU 40x50/75/100)
İstiqamətləndirici metal profillər (DU 40×50/75/100) U–şəkilli formada olub dayaq profilləri üçün istiqamətləndirici element rolunu oynayır, həmçinin arakəsmə və üzlüklərin karkasları arasında bəndləmələrin qurulması üçün işlənir.
Müdafiəedici künc metal profil (KP 0,4x25x25/31x31)
Müdafiəedici künc metal profil (KP 0,4x25x25/31×31) GKL, GKLN, GKLNO və özəl tipli lövhələr əsaslı konstruksiyaların (boşluqlar, arakəsmələrin yan hissələri və s.) istismar zamanı mümkün zədələrdən qorunması üçün nəzərdə tutulmuşdur
UA-Profil
UA-Profil Qapı dirəklərinin quraşdırılmasında dayaq kimi istifadə olunur
Biz fəaliyyətinə 2010-cu ildən başlamış və artıq 2020-ci ildə İnşaat
Bazarının bütün iştirakçılarına keyfiyyətli məhsul, sistem, xidmətlərin və
bununla yaşayış keyfiyyətinin təmin edilməsi məqsədini rəhbər tutaraq
“Building Materials Group” şirkətinə çevrildik.
Dinamik inkişafla fərqlənən şirkətimiz inşaat bazarının peşəkarlarına
cəmiyyətin yaşayış və ictimai binalara qarşı artmış tələblərinin
ödənilməsində dəstək vermək niyyətindədir. Müxtəlif təyinatlı bina və tikililərin daxili və xarici işləmələrini ən mütərəqqi üsulla yerinə yetirilməsi imkanının yaradılması məqsədilə quru inşaat və digər müasir texnoloqiyalarının, eləcədə dünyanın aparıcı inşaat materialları istehsalçılarının məhsullarının bazarda mövcudluğunun təmin edirik