Karkasların qurulmasında profillərin bir-birinə birləşdirilməsi və yaxud karkasların mövcud divar və tavana bağlanılması üçün nəzərdə tutulan müxtəlif aksessuar və birləşdirici elementlər də profillərin istehsalına analoji üsulla istehsal edilir və profillərlə tamamilə uyğundurlar.
TC 60x27 profili üçün birsəviyyəli birləşdirici tavan karkasında daşıyıcı profillərin əsas profillərə bərkidilməsi üçün nəzərdə tutuluşmuşdur. TC 60/27 profili ilə tətbiq edilir.
asqının(üç hissədən ibarətdir: yuxarı, aşağı hissələr və fiksator) 200-dən 1000 mm-dək olan yuxarı hissəsi asma tavan karkasını zəruri hündürlüyə qədər aşağı salmağa imkan verir.
Daha dəqiq tarazlama nonius-asqının yuxarı və aşağı hissələrin yan dirəklərin uzlaşdırılması ilə yerinə yetirilir. Tavan profillərin daşıyıcı konstruksiyalara bərkidilməsi (asılması) üçün nəzərdə tutulur.
Daşıyıcı konstruksiyaya anker elementi (d/b tavan) və ya dübel ilə (divar) bərkidliir. TC 60/27 tavan profili asqıya LN tipli şurupları ilə bərkidilir.
Şurupların bütün növləri qara fosfat örtüklü karbonlu poladdan hazırlanır. Şuruplar paslanmadan qorunması nəzərə alınaraq qablaşdırılır.
Şuruplar maqnitli olduğuna görə bərkidilmə öncəsi şurupburanın ucuna yapışır.
TN və TB tipli şuruplar gipskarton lövhələrinin metal karkasa bərkidilməsi üçun nəzərdə tutulmuşdur.
Hər iki şurup növünün tətbiqi müxtəlifdir. İti uclu TN şurupu (uzunluqlar 25 mm-dən 90 mm-ə qədər) GKL-i deşib nazik polad tənəkəsinə (qalınlığı 0,7 mm-ə qədər olan) burularaq girir.
Burğu uclu TB şurupu (uzunluqlar 25 mm və 35 mm) isə əvvəl profilin (qalınlığı 0,7 mm-dən 2,25 mm-ə qədər) polad tənəkəsini deşir sonra burulur.LN və LB tipli şuruplar metal profil və birləşdirici elementlərin bir-birlərinə bərkidilməsi üçün nəzərdə tutulmuşdur.Akvapanel lövhəsinin karkasa bərkidirilməsi üçün SN iti başlıqlı (qalınlığı 0.7 mm-dən çox olmayan)
Biz fəaliyyətinə 2010-cu ildən başlamış və artıq 2020-ci ildə İnşaat
Bazarının bütün iştirakçılarına keyfiyyətli məhsul, sistem, xidmətlərin və
bununla yaşayış keyfiyyətinin təmin edilməsi məqsədini rəhbər tutaraq
“Building Materials Group” şirkətinə çevrildik.
Dinamik inkişafla fərqlənən şirkətimiz inşaat bazarının peşəkarlarına
cəmiyyətin yaşayış və ictimai binalara qarşı artmış tələblərinin
ödənilməsində dəstək vermək niyyətindədir. Müxtəlif təyinatlı bina və tikililərin daxili və xarici işləmələrini ən mütərəqqi üsulla yerinə yetirilməsi imkanının yaradılması məqsədilə quru inşaat və digər müasir texnoloqiyalarının, eləcədə dünyanın aparıcı inşaat materialları istehsalçılarının məhsullarının bazarda mövcudluğunun təmin edirik